EN

Xırdalanda yayılan görüntülərlə bağlı DİN-dən AÇIQLAMA

Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasında bir şəxsin guya zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb.

Publika.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyev "Facebook"da paylaşım edib.

O bildirib ki, 33 yaşlı həmin şəxs sərxoş vəziyyətdə olub və təhlükəli davranışlar sərgilədiyindən ailəsi tərəfindən komendant dəvət olunub.

Chosen
44
4
publika.az

10Sources