Nel El-Enaoui “Roma”ya transfer olunub.
Operativ Media xəbər verir ki, A Seriyası klubu 24 yaşlı yarımmüdafiəçini “Lans”dan transfer etdiyini və onunla 2030-cu ilədək müqavilə imzaladığını rəsmən açıqlayıb. Fransalı futbolçu yeni klubunda 8 nömrəli forma ilə çıxış edəcək.
Məlumatlara görə, “Roma” bu transfer üçün 25 milyon avro ödəyəcək, əlavə olaraq bonuslar da nəzərdə tutulub.
El-Enaoui “Lans”da iki mövsüm çıxış edib və bu müddətdə Liqa 1-də 49 oyunda 9 qol vurub.