
İran, Almaniya, Fransa və Böyük Britaniyadan ibarət Avropa “üçlüyü” ilə “nüvə sazişi” üzrə yeni danışıqlar raundunun keçirilməsinə razılıq verib. Bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi Əsmail Baqayi TASS-a məlumat verib.“Avropa ölkələrinin müraciətinə cavab olaraq İran, Hərtərəfli Birgə Fəaliyyət Planının (HBFP) üç Avropa iştirakçısı ilə yeni danışıqlar raundunun keçirilməsinə razılıq verib,” – deyə o, iranlı jurnalistlərin sualını cavablandırarkən bildirib.Qeyd olunub ki, planlaşdırılan görüş xarici işlər nazir müavinləri səviyyəsində baş tutacaq. Danışıqlarda İranı siyasi məsələlər üzrə nazir müavini Məcidd Təxt-Rəvənçi və hüquqi və beynəlxalq məsələlər üzrə müavin Kazim Qaribabadi təmsil edəcək.Ulusum.az
Diqqət Çəkənlər
Anar Məmmədxanov – Gülüşlə Yadda Qalan Lider
"Hər ürəyi olan uça bilməz" – həkimdən sərnişinlərə XƏBƏRDARLIQ
Vyetnamda turist faciəsi: 48 nəfərin olduğu gəmi çevrildi