AZ

Zelenski Rusiya ilə qarşıdakı danışıqların gündəliyini açıqlayıb

Rusiya ilə danışıqlar zamanı Ukrayna yeni məhbus mübadiləsinin hazırlanmasını müzakirə etməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında bildirib.

“Görüşün gündəliyi bizə aydındır - məhbusların qaytarılması, Rusiya tərəfindən qaçırılan uşaqların geri qaytarılması və liderlərin görüşünün hazırlanması”, - o yazıb və danışıqlarda daha böyük dinamikaya ehtiyac olduğunu vurğulayıb.

Xatırladaq ki, iyulun 19-da Zelenski Ukraynanın müdafiə naziri Rustem Umerovun Rusiyaya gələn həftə danışıqların üçüncü raundunun keçirilməsini təklif etdiyini açıqlamışdı.

TASS-dakı mənbə bildirib ki, danışıqların yeni raundu iyulun 24-25-də İstanbulda keçirilə bilər.

Seçilən
20
25
ikisahil.az

10Mənbələr