Demokrat.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin birgə məlumatında qeyd olunub.
Bildirilib ki, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarından irəli gələn vəzifələrin icrası məqsədilə kompleks tədbirlər davam etdirilir.
Müvafiq normativ hüquqi aktların tələblərinə uyğun olaraq, dövlət qurumları tərəfindən kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi və xüsusi qaydalara riayət olunması vəziyyətinin yoxlanılmasının sistemli, vaxtında və fasiləsiz təşkili üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) aidiyyəti əməkdaşlarından ibarət birgə komissiya yaradılıb.
Komissiyanın aşkarlayacağı çatışmazlıqların doğura biləcəyi dövlət və ictimai təhlükəsizlik təhdidləri nəzərə alınaraq, onların aradan qaldırılması üçün kritik informasiya infrastrukturu subyektlərinin görəcəyi tədbirlərin qiymətləndirilməsi aparılacaq.
Komissiya, həmçinin görülmüş işlərin nəticələri ilə bağlı dövri hesabat və məlumatlar hazırlayacaq, kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin pozulmasına səbəb ola bilən hallar müəyyən edildikdə, təxirəsalınmaz tədbirlərin görülməsi barədə məsələ qaldırılacaq.
10Sources
-
sia.azYaşlı insanların sosial təcridi: daxili miqrasiyanın demoqrafik və emosional nəticələri ( 19530050)
-
sia.azYaşlı insanların sosial təcridi: daxili miqrasiyanın demoqrafik və emosional nəticələri ( 19529879)
-
azertag.azAKTA sədri: Bu il keçirilən “Kiber Yay Məktəbi”nə qardaş Türkiyədən də şagirdlər qatılıb ( 19528706)
-
azertag.az“Kiber Yay Məktəbi 2025”in rəsmi açılış mərasimi keçirilib ( 19524899)
-
bizim.media“20-dən çox universitet bu gün "Kiber yay məktəbi"ndə iştirak edir” - AKTA-nın icraçı direktoru ( 19524878)
-
icma.az“Kiber Yay Məktəbi 2025”in rəsmi açılış mərasimi baş tutub ( 19520780)
-
bizim.media"Kiber yay məktəbi"nin məzunları Azərbaycanın qüruru sayılırlar” - Davud Rüstəmov ( 19520867)
-
525.azRektor: “Kiber Yay Məktəbi kadrların hazırlanması istiqamətində unikal layihədir ( 19519394)
-
bizim.mediaRektor:"Kiber Yay Məktəbi" kibertəhlükəsizlik sahəsində ən unikal layihələrdən biridir” ( 19519514)
-
newscenter.azYay tətilində yeniyetmələrin narkotik vasitələrə meyillənməsi və bundan çıxış yolları ( 19517987)