AZ

AKTA sədri: Bu il keçirilən “Kiber Yay Məktəbi”nə qardaş Türkiyədən də şagirdlər qatılıb

Bakı, 21 iyul, Göyçək Mahmudlu, AZƏRTAC

“Kiberdomendə güclü mövqe qazanmaq bir çox ölkələrdə milli strateji zərurətə çevrilib. Bu səbəbdən ölkəmizdə də informasiya texnologiyaları, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlara malik olan, həmin istiqamətlərdə inkişaf etməyə həvəsi olan gənclərə dəstək göstərilməsi xüsusi önəm kəsb etməkdədir. Məhz bu kontekstdə Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzi tərəfindən “Kiber Yay Məktəbi”nin keçirilməsi təşəbbüsünə dəstək verilməsi bu sahəyə dövlət səviyyəsində göstərilən yüksək diqqətin bariz nümunəsidir”.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) İdarə Heyətinin sədri Pənah Musayev “Kiber Yay Məktəbi 2025”in rəsmi açılış mərasimində çıxışı zamanı deyib:

“Sevindirici haldır ki, artıq dördüncü dəfədir ki, keçirilən “Kiber Yay Məktəbi” hər il əvvəlkindən daha geniş miqyasda və daha çox iştirakçı ilə yadda qalmaqdadır. Bu il keçirilən “Kiber Yay Məktəbi”ndə Bakıdan və digər şəhər və rayonlardan seçilmiş məktəblilərlə yanaşı, qardaş Türkiyədən dəvət olunmuş şagirdlər, habelə AKTA-nın Azərbaycanın 20 universitetində təşkil etdiyi kiberklubların fəal üzvləri və xarici ölkələrin nüfuzlu universitetlərində təhsil alan tələbələr də iştirak edirlər. Hesab edirəm ki, qardaş Türkiyədən olan iştirakçıların bu düşərgəyə qatılması gənclərimiz arasında gələcəkdə birgə təşəbbüslər üçün möhkəm zəmin formalaşmasına xidmət edəcək”.

Seçilən
6
17
azertag.az

10Mənbələr