"Liverpul" mövsüm öncəsi tur üçün heyətinə Federiko Kyezanı heyətinə daxil etməyib.
Offsideplus.az xəbər verir ki, Mersisayd təmsilçisi yeni mövsümə hazırlaşmaq üçün Yaponiya və Honq Konqa yollanıb. İtaliyalı futbolçu isə aparılmayıb.
Onun yenidən İtaliyaya qayıdacağı gözlənilir.
Əlavə edək ki, komandadan ayrılacağı gözlənilən Luis Dias isə komanda ilə birlikdə yola düşüb. "Bavariya" onu transfer etmək üçün hazırda "Liverpul"la danışıqlar aparır.