EN

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb: 4 ölü, 40 yaralı

Türkiyənin Sivas vilayətində sərnişin avtobusunun dağ yamacına çırpılması nəticəsində 4 nəfər ölüb, 40 nəfər yaralanıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat verib.

Ağrı-İzmir istiqamətində hərəkət edən avtobus Sivas-Ərzincan avtomobil yolunda Kuzköy yaxınlığında dağ yamacına çırpılıb.

Hadisə yerinə səhiyyə, polis və axtarış-xilasetmə qrupları cəlb olunub.

Chosen
16
2
veteninfo.az

3Sources