Türkiyənin Sivas vilayətində sərnişin avtobusunun dağ yamacına çırpılması nəticəsində 4 nəfər ölüb, 40 nəfər yaralanıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat verib.
Ağrı-İzmir istiqamətində hərəkət edən avtobus Sivas-Ərzincan avtomobil yolunda Kuzköy yaxınlığında dağ yamacına çırpılıb.
Hadisə yerinə səhiyyə, polis və axtarış-xilasetmə qrupları cəlb olunub.