Şuşa. Trend:
Media savadlılığı rəqəmsal dönəmdə dezinformasiyaya qarşımübarizənin açarıdır.
Trend-in xüsusimüxbiri xəbər verir ki, bunu Afrika İttifaqının İnkişafAgentliyinin baş direktorunun aparatının kommunikasiya vəadvokasiya bölməsinin rəhbəri Zifora Maubane III Şuşa Qlobal MediaForumu çərçivəsində bildirib.
Onun sözlərinə görə, media savadlılığı təkcə jurnalistlərindeyil, həm də özəl və dövlət sektorundakı rəhbərlərinməsuliyyətidir. Çünki məhz bu şəxslər tez-tez onlayn platformalardafəal iştirakçılara çevrilirlər.
“Əsas odur ki, istər rəhbərlər, istərsə də adi vətəndaşlar –xüsusən də kənd rayonlarından olanlar – media savadlılığınınazından təməl səviyyəsinə malik olsunlar, dezinformasiyanı etibarlıməlumatdan ayırmağı bacarsınlar”, – deyə o vurğulayıb.
Z.Maubane qeyd edib ki, internetdə informasiyanın yayılma sürətitəşkilatlardan böhranlara operativ reaksiya vermə bacarığı tələbedir:
“Əgər, məsələn, bir şirkət rəhbəri onlayn KİV-lərin dinamikasınıanlamırsa, bu, nüfuzla bağlı ciddi itkilərə səbəb ola bilər”, -deyə o bildirib.