AZ

Media savadlılığı rəqəmsal dönəmdə dezinformasiyaya qarşı mübarizənin açarıdır - Afrika İttifaqının nümayəndəsi

BAKI,TurkicWorld

Media savadlılığı rəqəmsal dönəmdə dezinformasiyaya qarşı mübarizənin açarıdır.

TurkicWorld-in xüsusi müxbiri xəbər verir ki, bunu Afrika İttifaqının İnkişaf Agentliyinin baş direktorunun aparatının kommunikasiya və advokasiya bölməsinin rəhbəri Zifora Maubane III Şuşa Qlobal Media Forumu çərçivəsində bildirib.

Onun sözlərinə görə, media savadlılığı təkcə jurnalistlərin deyil, həm də özəl və dövlət sektorundakı rəhbərlərin məsuliyyətidir. Çünki məhz bu şəxslər tez-tez onlayn platformalarda fəal iştirakçılara çevrilirlər.

"Əsas odur ki, istər rəhbərlər, istərsə də adi vətəndaşlar – xüsusən də kənd rayonlarından olanlar – media savadlılığının azından təməl səviyyəsinə malik olsunlar, dezinformasiyanı etibarlı məlumatdan ayırmağı bacarsınlar", – deyə o vurğulayıb.

Z.Maubane qeyd edib ki, internetdə informasiyanın yayılma sürəti təşkilatlardan böhranlara operativ reaksiya vermə bacarığı tələb edir:

"Əgər, məsələn, bir şirkət rəhbəri onlayn KİV-lərin dinamikasını anlamırsa, bu, nüfuzla bağlı ciddi itkilərə səbəb ola bilər", - deyə o bildirib.

Seçilən
24
32
turkic.world

10Mənbələr