EN

“Qarabağ”la müqaviləsini pozan: “Yeni bir hekayənin zamanı gəldi”

“Yeni bir hekayənin zamanı gəldi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”dan ayrılan Rüstəm Əhmədzadə sosial şəbəkə hesabında yazıb.

Hücumçu komandaya və məşqçilər heyətinə təşəkkür edib:

“Qarabağ”a minnətdarlığımı bildirirəm. Komandaya, məşqçilər heyətinə bundan sonra da uğurlar arzulayıram.

Mənə inanan, güvənən hər kəsə təşəkkürlər”.

"Qarabağ" son üç mövsümdə icarə əsasında “Zirə”də çıxış edən 24 yaşlı forvardla müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verib.

2022-ci ilin yanvarında “Qarabağ”a keçən Rüstəm Ağdam təmsilçisinin heyətində Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub.

Chosen
29
50
sportinfo.az

10Sources