AZ

"Qarabağ"dan ayrılan futbolçu üç seçim qarşısında

"Qarabağ"ın müqaviləsinə qarşılıqlı razılıq əsasında müqaviləsinə xitam verdiyi Rüstəm Əhmədzadə üç seçim qarşısındadır.

İdman.biz Sportinfo.az saytına istinadən xəbər verir ki, ötən iki mövsümü icarə əsasında "Zirə"də keçirən hücumçu Premyer Liqadan yeni təkliflər alıb.

"Sumqayıt", "Qəbələ" və "Kəpəz" onun xidmətində maraqlıdır.

"Qarabağ"ın 2022-ci ildə "Minay"dan heyətinə qatdığı Ukrayna doğumlu ön xətt oyunçusu Azərbaycanda qalmağa maraqlıdır.

Amma bunun üçün onun maliyyə istəklərini yerinə yetirmək lazımdır. Əhmədzadənin aylıq maaş tələbi 10 min manatdır.

İdman.biz

Seçilən
43
1
idman.biz

10Mənbələr