EN

Xavyer Ernandes qadınlar haqda açıqlaması ilə gündəm oldu

“Qvadalaxara”nın 37 yaşlı meksikalı veteran mərkəz hücumçusu Xavyer Ernandes qadınlar haqda maraqlı açıqlaması ilə gündəmə gəlib.

Arena.az məlumat verir ki, “Çiçarito” təxəllüslü veteran hücumçu ailədə ev işləri üzrə öhdəliklərini yerinə yetirməyən qadınlara səslənib:

“Beləliklə. Siz ailə saxlayan kişi istəyirsiniz, amma sizin üçün evin səliqə-sahmanı – ataxaqanlıq zülmüdür… Maraqlıdır”, – deyə “Çiçarito” özünün sosial şəbəkə hesabı üzərindən yayımladığı videoda bildirib.

Ardınca veteran hücumçu çıxışını dərc etdiyi yazı ilə şərh edib:

“Ev – ataxaqanlıq deyil, bu, sənin məbədindir”, – “Çiçarito” paylaşıb.

Xavyer Ernandesin şərhi ənənələrə dəyər verən meksikalılar arasında böyük dəsdək qazanıb. Ancaq feminsit hərəkatın bəzi üzvləri veteran futbolçuya qarşı mövqe sərgiləməklə diqqət çəkiblər.

Chosen
105
4
arena.az

5Sources