EN

Türkiyənin Sakarya vilayətində meşə yanğınları evlərə keçib

İstanbul, 21 iyul, Günel Karatepe, AZƏRTAC

Türkiyənin Sakarya vilayətinin Geyvə rayonunun Hacılar məhəlləsində meşəlik ərazidə davam edən yanğınla əlaqədar iki məhəllənin sakinləri təxliyə olunublar.

AZƏRTAC xəbər verir ki, ərazidə üç ev yanıb.

Boşaldılan Taşoluk və Hacılar məhəllələrində yanğının söndürülməsi üçün iş aparılır. Qonşu vilayət və rayonlardan əraziyə əlavə qüvvələr cəlb edilib.

Chosen
7
25
azertag.az

10Sources