Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin dini mərkəzi sayılan Üçmüədzində mitinq planlaşdırır.
Modern.az-ın məlumatına görə, Paşinyan özü sosial şəbəkələrdə verdiyi açıqlamada bu prosesə işarə edib.
Mitinqin iyulun 22-də bütün ermənilərin katolikosu II Qareginin iqamətgahının qarşısında keçirilməsi planlaşdırılır.
İrəvan müşahidəçilərinin məlumatına görə, Paşinyanın bu təşəbbüsünün əsas məqsədi II Qareginin Üçmüədzindəki rəsmi iqamətgahından uzaqlaşdırmaqdır.
“Biz bunu birlikdə edəcəyik. Hazır olun”, – deyə Paşinyan çağırış edib.
Müxalifət və kilsə rəsmiləri mitinqi təxribat və hücum kimi qiymətləndirib. Yerli mətbuatın məlumatına görə, mitinqdə xüsusi təyinatlı qüvvələrin mülki geyimdə iştirakı, eyni zamanda “Yerkrapa” könüllü dəstələrinin cəlb olunacağı gözlənilir. Paşinyan mitinq iştirakçılarının 10 minə çatdırılmasını tapşırıb.
Bəzi erməni analitiklərə görə, Paşinyan yaxın günlərdə kilsə rəhbərliyinə qarşı “korrupsiya” və digər ittihamlarla bağlı “kompromatları” mediaya sızdırmağı planlaşdırır.
Qeyd edək ki, Paşinyan bir müddət əvvəl kilsə rəsmilərinin subaylıq andını pozduğunu bildirib.