EN

Naxçıvanda “Zəngəzurdan Ümidlə Türk Dünyasına” Forum və Mədəniyyət gecəsi keçiriləcək

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Xüsusi Təyinatlı Qüvvələr (XTQ) veteranları, şəhid ailələri ilə işin gücləndirilməsi” adlı layihə çərçivəsində mühüm ictimai tədbirə start verilib.

Layihənin əsas məqsədi Azərbaycan və Türkiyə Cümhuriyyəti arasında mədəni və sosial əlaqələrin möhkəmləndirilməsi, eləcə də xüsusi təyinatlı qazilər və şəhid ailələri arasında əməkdaşlıq və şəbəkələşmənin gücləndirilməsidir.

Layihə eyni zamanda Türk dünyasında birgə fəaliyyətin təşviqi, humanitar və sosial dəstək mexanizmlərinin inkişafı, qazilər və şəhid ailələri arasında təcrübə mübadiləsi vasitəsilə qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin dərinləşdirilməsinə xidmət edir.

Bu çərçivədə Azərbaycan və Türkiyədən olan şəhid və qazi ailələrinin iştirakı ilə Naxçıvan şəhərində “Zəngəzurdan Ümidlə Türk Dünyasına” adlı bir günlük forum və mədəniyyət gecəsinin təşkili nəzərdə tutulmuşdur. Tədbir Türk dünyası xalqları arasında ortaq dəyərlərin və birliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Forum iştirakçıları üçün Naxçıvan şəhərinə infotur proqramı da planlaşdırılmışdır. Bu proqram çərçivəsində qonaqlar Naxçıvanın tarixi və mədəni irsi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Tədbir çərçivəsində aparılacaq müzakirələr, çıxışlar və mədəni təqdimatlar Türk dünyasının ortaq dəyərlərinin qorunması, şəhid ailələri və qazilər arasında həmrəyliyin gücləndirilməsi və gələcəkdə davamlı əməkdaşlıq üçün yeni imkanların formalaşmasına zəmin yaradacaq.

Chosen
12
50
moderator.az

10Sources