Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
İdmanxeber.az xəbər verir ki, püşkatmada ölkəmizi bu turnirdə təmsil edəcək “Qarabağ”ın da mümkün rəqibləri bəlli olacaq.
“Şelburn” – “Qarabağ” cütünün qalibinin potensial rəqibləri:
“Riyeka” (Xorvatiya) – “Ludoqorets” (Bolqarıstan) cütünün qalibi
“Hamrun Spartans” (Malta) – “Dinamo”(Kiyev,Ukrayna) cütünün qalibi
“Şkendiya” (Şimali Makedoniya) – FKSB (Rumıniya) cütünün qalibi
Püşkatma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. III mərhələnin ilk oyunları avqustun 5-6-da, cavab görüşləri bir həftə sonra baş tutacaq.
Qeyd edək ki, “Qarabağ” II təsnifat mərhələsində “Şelburn”la ilk oyununu iyulun 23-də səfərdə, cavab görüşünü iyulun 30-da evdə keçirəcək.