AZ

UEFA Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibi bu gün müəyyənləşəcək » AzadMedia.az


Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Tədbirdə "Qarabağ"ın da potensial rəqibi bəlli olacaq.

İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Çempionlar yolunda püşkatmaya II təsnifat mərhələsinin cütləri qatılacaq.

Tədbirdən əvvəl UEFA iştirakçıları qruplara bölüb. Səpələnmişlər səbətində yer alan “Şelburn” (İrlandiya) - “Qarabağ” cütü II qrupda qərarlaşıb. Bu cütün mümkün rəqibləri II təsnifat mərhələsinin 3 cütüdür.

II qrup (səpələnməmişlər)

“Riyeka” (Xorvatiya) – “Lüdoqorets” (Bolqarıstan)

“Hamrun Spartans” (Malta) – “Dinamo” (Kiyev, Ukrayna)

“Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya)

Qeyd edək ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunları iyulun 22-23-də və 29-30-da, III təsnifat mərhələsinin görüşləri isə avqustun 5-6-da və 12-də baş tutacaq.
Seçilən
34
45
azadmedia.az

10Mənbələr