EN

Poqosyan: “Ermənistan Əliyevin ayaqları altında sürünən heçlikdir”

“Azərbaycan bu gün bizi tələblərini yerinə yetirməyə məcbur edir”.

Tribunainfo.az xəbər verir ki, bunu erməni politoloq Ara Poqosyan deyib.

O, Ermənistanın baş naziri Nikol Paşinyanı məlumatları gizlətməkdə ittiham edib. “Düşünürsən ki, Bakının tələblərini şifahi yerinə yetirməklə nəyisə gizlədə biləcəksən? Bunu heç kim bilməyəcək?”

Poqosyan Azərbaycan Prezidenti İlham Əliyevin son çıxışlarına istinad edərək, hər şeyi açdığını və bütün həqiqətləri dediyini vurğulayıb. “Əliyev Şuşada keçirilən mediaforumda bütün həqiqətləri açdı. O, sizi təkcə siyasi yox, həm də mənəvi cəhətdən məhv edir. Göstərir ki, Ermənistan hakimiyyəti onun ayaqları altında sürünən heçlikdir”.

Fərda Uğur

Chosen
21
50
tribunainfo.az

10Sources