Bakı.Trend:
III Şuşa Qlobal Media Forumu dövlətimizin tarixi nailiyyəti,dünyaya mesajı və ədalətin təntənəsidir.
Bunu Trend-əaçıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr VeteranlarıTəşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, Azərbaycan III Şuşa Qlobal Media Forumuilə öz haqq səsini, ədalət simasını bir daha dünyaya nümayişetdirib:
“III Şuşa Qlobal Media Forumu bir çox baxımdan böyük tarixiönəmə, siyasi əhəmiyyətə malikdir. Bu Forum hər şeydən öncədövlətimizin, onun Prezidenti möhtərəm İlham Əliyevin timsalındaədalətin təntənəsi, haqqın yenilməzliyinin isbatıdır.
Prezident İlham Əliyevin Forum çərçivəsində ən müxtəlifməsələlərlə bağlı jurnalistlərin suallarına verdiyi cavablarAzərbaycanın yalnız milli maraqlarının deyil, həm də beynəlxalqhüququn, əzilən, işğala məruz qalan bütün xalqların yanında yeraldığını, dövlətimizin hər zaman haqqa, ədalətə sadiqliyini qoruyubsaxladığını bri daha sübut etdi.
Təkcə bir faktı qeyd edək ki, dövlət başçısı Ukrayna xalqınaişğalla barışmamağı, öz azadlığı, haqqı uğrunda mübarizəni sonaqədər davam etdirməyi tövsiyə etdi. Öz fikirlərini əsaslandırmaqüçün Azərbaycan xalqının keçdiyi yolu, Vətən müahribəsinixatırlatdı. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan 30 ilə yaxınmüddətdə erməni işğalına məruz qalsa da, heç bir böyük dövlət,beynəlxalq təşkilat ona praktiki olaraq yardım etmədi. Lakin bütünbunlar Azərbaycanı ruhdan salmadı, əksinə, Azərbaycan xalqı özmübarizəsini davam etdirdi. Nəticədə, erməni faşizmini darmadağınedərək ərazi bütövlüyünü təmin etdi. Bu baxımdan, Prezident İlhamƏliyev Ukrayna xalqına da ruhdan düşməməyi və işğala qarşımübarizəni davam etdirməyi tövsiyə etdi”.
Polkovnik Cəlil Xəlilov dövlət başçısının AZAL təyyarəsi iləbağlı ortaya qoyduğu mövqeyin də mühüm mətləblərdən xəbər verdiyinivuğulayıb:
“Prezident İlham Əliyev Forumda Rusiya səmasında vurulan AZALtəyyarəsi ilə bağlı da dövlətimizin gözləntisini aydın şəkildəortaya qoydu. Prezident qeyd etdi ki, təyyarə vurulub və onun qəzaenişi etməsinə səbəb də məhz bu olub. Bu səbəbdən də dövlət başçısıRusiyanı baş verənləri etiraf etməyə, günahkarları cəzalandırmağasəslədi. Habelə, bildirdi ki, Rusiya öz günahını etiraf etməkləyanaşı, zərər çəkən bütün tərəflərə kompensasiya ödəməlidir.Prezident İlham Əliyev onu da bildirdi ki, Azərbaycan artıq başverənlərlə bağlı beynəlxaqlq instansiyalara müraciət etməyəhazırlaşır və sona qədər öz mübarizəsini davam etdirəcək.
Prezidentimizin AZAL təyyarəsi ilə bağlı sərgilədiyi bu mövqedövlət başçısının Azərbaycanın maraqlarını necə böyük qətiyyətləqoruduğunu, milli maraqlarımıza necə dərindən sadiqlik göstərdiyinisübut edir. Bu fakt bir daha sbut edir ki, Azərbaycan dövləti, onunPrezidenti xalqımızın maarqlarını qorumaq üçün dünyanın ən güclüdövlətləri ilə də mübarizə aparmaqdan, öz mövqeyini cəsarətləortaya qoymaqdan çəkinmir və bundan sonra da çəkinməyəcək”.
Prezidentin Azərbaycan jurnalistlərinin əməyini yüksəkqiyətləndirdiyinə diqqət çəkən təşkilat sədri, milli mətbuatınbundan sonra da dezinformasiaylara qarşı mübarizədə aktiv roloynayacağına inamını ifadə edib:
“Prezident İlham Əliyev Forumdakı çıxışında medianın önəminədiqqət çəkməklə yanaşı, Azərbaycan mediasının, jurnalistlərinəməyini də yüksək qiymətləndirdi. Dövlət başçısı qeyd etdi ki,Azərbaycan həqiqətlərinin dünyada təbliğində, dezinformasiaylarınqarşısının alınmasında Azərbaycan mediası yaxından iştirak edib vəböyük uğurlar əldə edib. Medianızın lazım gələndə, həm də hücumstrategiyasə sərgilədiyini bildirən Prezident İlham Əliyev, bundansonra da beynəlxalq ictimai rəyin düzgün informasiya ilə təminindəjurnalistlərin üzərinə böyük öhdəliklər düşdüyünü vurğulayıb.
Onu da qeyd edək ki, Azərbaycan mediasının dövlərtmaraqlarımızın müdafiəsində rolu Azərbaycan Prezidentinin köməkçisi– Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsininmüdiri Hikmət Hacıyev tərəfindən də yüksək qiymətləndirildi.
Hesab edirəm ki, bu, mediamıza, jurnalsitlərimizə, onlarınəməyinə göstərilən böyük ehtiramdır.
Onu da qeyd edək ki, istər Vətən müharibəsi, istərsə dəpost-müharibə dönəmində Prezident İlham Əliyevin mediaya verdiyimüsahibələr də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasınamühüm rol oynamış və bu gün də oynmaqdadır. Dövlət başçısınınrəhbərliyi altında hörmətli Hikmət Hacıyevin də media iləəməkdaşlığı, verdiyi müsahibə və açıqlamalar dövlətimizlə bağlıhəqiqətlərin beynəlxalq miqyasda yayılmasında əhəmiyyətli roloynayır. Xarici KİV və diplomatların işğaldan azad edilən ərazilərəmütəmadi təşkil edilən səfərləri də imkan verir ki, onlar ermənifaşizminin vəhşilikləri ilə yanaşı, dövlətimizin bu ərazilərdəapardığı böyük quruculuq işlərini bilavasitə müşahdi etsinlər.
İnanıram ki, Azərbaycan mediası bundan sonra da dövlətimizinmaraqlarını qətiyyətlə qorumaqda davam edəcək, dövlətimizin,Prezident İlham Əliyevin ona olan etimadını bundan sonra da əzmlədoğruldacaq.
Mən 22 iyul – Milli Mətbuat günü ilə bağlı jurnalistlərimizi dətəbrik edir, onlara uğurlar, müvəffəqiyyətlər arzulayıram”.