EN

“Iran Air”in  Vyana ofisi dönərxanaya çevriləcək 

Iran Air aviaşirkətinin Avstriyanın paytaxtı Vyana şəhərindəki ofisi yaxın zamanda dönər restoranına çevriləcək. Vətəninfo.az xəbər verir ki, bu barədə məlumatı İran mediası, o cümlədən “Şərq” qəzeti yayıb.

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə, əvvəllər Iran Air-in rəsmi nümayəndəliyi kimi fəaliyyət göstərmiş binanın vitrinində tezliklə açılacaq “Döner Meister” restoranının reklam lövhəsi görünür. Restoranın yeni şüarı isə belədir: “Şəhər ruhunun qidası”.

Bu dəyişiklik sosial mediada maraqla qarşılanıb və Iran Air-in Avropadakı nüfuzunun zəifləməsi ilə bağlı müzakirələrə səbəb olub. Şirkət mövzu ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb.

Chosen
7
50
veteninfo.az

10Sources