AZ

İran “F-35” təyyarəsi vurubmu? - Keçmiş sıfirin “30-u məhv edilib” iddiası

İsrailin 30 "F-35" təyyarəsi pilotları ilə birgə məhv edilib.

Yenisabah.az IRIB-ə istinadla xəbər verir ki, bunu sabiq İran diplomati Həsən Kazemi Qumi deyib.

Həsən Kazemi Qumi İslam Respublikasının Kabildəki səfirliyinin rəhbəri və prezidentin Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi vəzifələrində çalışmış diplomatdır. O, Mahmud Əhmədinejad hökuməti dövründə İranın İraqdakı səfiri olub.  Dominos pizza

12 günlük müharibə zamanı İran ordusu rəsmiləri 5 "F-35"in vurulmasını açıqlayıblar. Lakin İslam Respublikasının rəsmi məqamları indiyədək bu iddianı isbatlayacaq foto/video sübutlar təqdim etməyib.

"F-35" mövzusu İran mediası və sosial şəbəkələrdə hələ də geniş müzakirə mövzusudur. İndiyədək iddiaya dair 2 video paylaşılıb, amma onlara dair rəsmi təsdiqləyici bəyanat verilməyib.

İsrail Xarici İşlər Nazirliyinin "X"dəki farsca hesabında İran televiziyasına bu iddiaları ələ salaraq yazmışdı: "Niyə hələ də əsir düşən pilotlarımızın şəkillərini dərc etməmisiniz? Biz çox narahatıq".


Telegram kanalımız
Seçilən
54
50
yenisabah.az

10Mənbələr