EN

“Eşqin sehri” 27 il sonra: Cadugərlər geri qayıdır

ain.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Nikol Kidman və Sandra Bullokun baş rollarını ifa etdiyi məşhur “Eşqin sehri” (“Practical Magic”) filminin davamı çəkilir.

Kulis.az xəbər verir ki, ilk dəfə 1998-ci ildə lentə alınan ekran işinin çəkiliş meydançasından ilk görüntülər ictimaiyyətə təqdim olunub.

Kadrlarda aktrisaların illər sonra yenidən görüşməsi və səmimi şəkildə qucaqlaşması izləyicilərin diqqətini cəlb edib. Nikol Kidman həmin anları sosial media hesabında paylaşaraq bu sözləri yazıb:

“Cadugərlər geri döndü! Ouens bacılarının çəkilişdəki ilk günü”.

Yeni filmin ssenarisi tanınmış ssenaristlər Akiva Qoldsman və Georgia Pritçett tərəfindən qələmə alınıb. Rejissor isə “Emmy” mükafatlı Suzanna Bayerdir.

Filmin 2026-cı ilin sentyabr ayında kinoteatrlarda nümayiş olunması planlaşdırılır.

Qeyd edək ki, “Eşqin sehri” filmi Ouens ailəsinin qadınlarının əsrlərdir davam edən cadugərlik ənənələri və onların gündəlik həyatdakı mübarizələrini əks etdirir.

Pantomima Teatrının yeni direktoru kimdir?

Simran Qədimin yeni kitabı çap olundu

Dövlət Kukla Teatrı “Sirli dolça”nı təqdim edəcək

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
31
kulis.az

10Sources