EN

Trampı hər gün məhkəməyə verirlər Maraqlı statistika

ain.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Donald Tramp ABŞ prezidenti olduğu 6 ay ərzində ən azı 500 dəfə məhkəməyə verilib. İcra qurumlarının fəaliyyətindən narazı olan şəxslərin bəziləri etirazını bu şəkildə həyata keçirir. 

Hesablamalara görə, Tramp prezident vəzifəsinin icrasına başladığı tarixdən indiyədək hər gün orta hesabla 4 dəfə məhkəməyə verilib. 

Sfera.az xəbər verir ki, bu barədə “The Washington Times” yazıb.

Jurnalın Trampın məhkəmə işləri ilə bağlı təhlilinə əsasən, işlərin 75%-də hakimlər Amerika liderinin mövqeyinə zidd qərarlar qəbul ediblər.

Məqalə müəllifi qeyd edir ki, bu işlərin 50-yə yaxını bəzi əcnəbi tələbələrin ABŞ-dən deportasiyası cəhdləri olub. Onların immiqrasiya sənədlərində pozuntular və mühakimə üçün əsaslar var idi. Bununla belə, Prezident Trampın komandası bu işlərin təxminən 90 faizini uduzub.

Firuzə Əliyeva

Sfera.az

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
35
50
sfera.az

10Sources