AZ

Tramp “The Wall Street Journal”ı məhkəməyə verib –10 milyard dollar tələb edir

ABŞ prezidenti Donald Tramp The Wall Street Journal qəzetinin sahibi, News Corp, News Corp-un qurucusu, media maqnatı Rupert Merdoka və WSJ-nin iki müxbirinə qarşı iddia qaldırıb.

AzPost bildirir ki, ABŞ prezidenti Trampın 2003-cü ildə Jeffri Epşteynə ad günü münasibəti ilə erotik bir rəsm və “ortaq sirlərə” işarə edən təbrik məktubu göndərdiyi iddiası ilə bağlı hesabata görə ən azı 10 milyard dollar təzminat tələb edir.

Tramp məqalənin açıq-aşkar yalan olduğunu və onun reputasiyasına və maliyyə maraqlarına böyük ziyan vurduğunu iddia edir.

İddia Florida ştatının cənub dairəsi üzrə federal məhkəməyə verilib. “Rupert Merdokun məhkəmədə ifadə verməsini səbirsizliklə gözləyirəm… Əyləncəli olacaq!” — Tramp özünün Truth Social sosial şəbəkəsində yazıb.

WSJ-nin naşiri olan Dow Jones-un sözçüsü Trampın iddiası ilə bağlı rəsmi şərhində deyib: “Biz jurnalist işimizin ciddiliyinə və düzgünlüyünə tam əminik. Özümüzü istənilən iddialara qarşı qətiyyətlə müdafiə etmək niyyətindəyik”.

Dow Jones News Corp-un törəmə şirkətidir.

Wall Street Journal-da dərc olunan xəbərə görə, Trampın məktubunun Epşteyn üçün ad günü hədiyyəsi kitabına daxil edildiyi iddia edilir. Yazıda iddia olunur ki, orada çılpaq qadının təsviri və “Donald” başlığı ilə çərçivələnmiş ifadələr olub.

Epşteynlə dostluq etmiş Tramp bəyan edir ki, onun ilk həbsindən sonra dostu ilə bütün əlaqələrini qırıb.

Bütün bunlar Amerika hakimiyyətinin “Epstein müştəri siyahısı”nı (ehtimal ki, mifik) dərc etməkdən imtina etməsi ilə bağlı qalmaqal fonunda baş verir. Bu məlumatların açıqlanması Trampın seçkiqabağı vədlərindən biri idi. Heç bir siyahının olmaması barədə bəyanat Trampın tərəfdarları arasında narazılıq partlayışına səbəb olub.

AzPost.az

Seçilən
69
50
azpost.info

10Mənbələr