EN

ABŞ-də gənc futbolçu atışmada həlak oldu

BAKI, 21 iyul. TELEQRAF

Amerikan futbolçusu Kori Adams Tennessi ştatında atışma nəticəsində öldürülüb.

Teleqraf xəbər verir ki, bu barədə Şelbi dairəsinin şerifinin ofisi məlumat yayıb.

Adams birinci kurs tələbəsi idi. O, iyulun 20-də Memfis yaxınlığında avtomobildə güllələnib.

Şelbi Dairəsi Yanğınsöndürmə İdarəsinin əməkdaşları daha sonra 18 yaşlı idmançının hadisə yerində öldüyünü elan ediblər.

Qeyd olunur ki, hadisə zamanı güllə yaraları alan daha 4 nəfər şəxsi avtomobilləri ilə yaxınlıqdakı xəstəxanalara aparılıb.

18 yaşlı Adams Nyu Orleanda anadan olub. O, ABŞ-nin ən perspektivli müdafiəçilərindən biri hesab olunurdu.

Nyu Orlean liseyinin keçmiş amerikan futbol komandası sosial şəbəkələrdə Adamsın ölümü ilə bağlı başsağlığı verib.

"Kori Adams sadəcə bir futbolçu deyildi! O, dost, qardaş, oğul, tələbə və möhtəşəm bir gənc idi", - açıqlamada deyilir.

Chosen
344
24
teleqraf.com

10Sources