EN

İsti Havalarda Qəhvə İçmək Doğrudurmu?

İsti

Bir çox insan isti havada — istər isti, istərsə də buzlu olsun — qəhvə içdikdən sonra tərin artdığını hiss edir. Bunun səbəblərini “Qazeta.Ru”ya “SM-Klinika”nın endokrinoloqu, nutrisoloqu Dariya Xaykina izah edib.“Burada əsas məsələ içkinin temperaturunda deyil, tərkibindədir. Qəhvədəki əsas aktiv maddə olan kofein sinir sistemini stimullaşdırır, ürək döyüntüsünü artırır, dəridə qan axınını gücləndirir və bədənin daxili temperaturunu yüksəldir. Orqanizm bu ‘həddindən artıq isinməni’ hiss edib müdafiə reaksiyası işə salır – tər ifrazı artır. Bu səbəbdən, hətta soyuq qəhvə içdikdə belə, tərləyirik,” – deyə Xaykina bildirib.O əlavə edib ki, kofein həm də adrenalini aktivləşdirir. Bu hormon nəfəsalma sürətini artırır, təzyiqi yüksəldir və maddələr mübadiləsini sürətləndirir. Sərin mühitdə bu bədəni oyada bilər, lakin isti havada orqanizm onsuz da gərgin işlədiyindən bu artıq yüklənməyə səbəb olur. Enerji yerinə — halsızlıq və daha çox istinin hiss olunması baş verir.Bundan başqa, qəhvə — yüngül, amma yenə də sidikqovucudur. Böyrəkləri aktivləşdirərək mayenin daha tez bədəndən çıxmasına səbəb olur. “Başqa sözlə, hər bir fincan qəhvədən sonra aldığımızdan daha çox su itiririk. Əgər bu itkilər kompensasiya olunmasa — orqanizm susuzlaşa bilər. Bu isə təkcə təri artırmır, həm də təzyiqə, enerjiyə, dəriyə və əhval-ruhiyyəyə mənfi təsir edir,” – deyə mütəxəssis əlavə edib.Xaykina isti havada qəhvədən düzgün istifadə üçün bir neçə tövsiyə də verib:İsti havada qəhvə miqdarını azaldın – fincanı günün axşamına saxlamaq daha yaxşıdır;Hər bir qəhvədən sonra bir stəkan su için – bu, qızıl qaydadır;Susuzluğu qəhvə ilə yox, su, morş, soyuq bitki çayları və ya xiyar dəmləməsi ilə yatırın;Qəhvədən sonra vəziyyətiniz pisləşirsə – bu zəiflik deyil, bədənin təbii reaksiyasıdır.Qısacası, isti havada özünüzü qoruyun: dadlı olsa da, qəhvə yox, su için! Ulusum.az

Diqqət Çəkənlər

Xəzər Universitetinin 54-cü Məzunluq Mərasimi – Gözəl və Yaddaqalan Anlar! - FOTO

Vyetnamda turist faciəsi: 48 nəfərin olduğu gəmi çevrildi

Boston şəhərində Azərbaycanlı gənclərin diaspor birliyi gücləndirildi

Chosen
6
27
ulusum.az

10Sources