EN

Xaçmazda media təmsilçiləri TƏLTİF edildi – FOTO

Azərbaycan Milli  Mətbuatının 150 illiyi ilə əlaqədar Xaçmazda tədbir keçirilib. Rayon ərazisindəki istirahət mərkəzlərindən birində baş tutan bayram mərasimində Xaçmazda və bölgədə yaşayıb fəaliyyət göstərən media nümayəndələri, rayon icra hakimiyyəti, hüquq-mühafizə orqanlarının rəhbərləri, icra aparatının işçiləri iştirak edib. 

Xaçmaz icra başçısı Elnur Rzayev milli mətbuatın keçdiyi 150 illik şərəfli həyat yolundan danışıb, mətbuat nümayəndələrini təbrik edərək onlara yaradıcılıq uğurları və sağlamlıq arzulayıb. İcra başçısı bir qrup media təmsilçisini təltif edib. 

Təltif edilənlər arasında Bizim.Media-nın şimal təmsilçisi Aytəkin Alxaslı da olub.

O, çıxışında dəvətə və diqqətə görə rayon rəhbərinə təşəkkür edib.
 

Milli Mətbuatın 150 illik yubileyində Xaçmazın "Şimal xəbərləri" qəzetinin baş redaktoru Müqəddəs Mehdiyev uzun müddətdən - 32 ildən sonra ilk dəfə tədbirə qatıldığını və dəvətə görə öz razılığını bildirib.


Sonra xaçmazlı musiqiçilər mətbuat nqmayəndələrinə xoş nəqmə sovqatı bəxş edib.














Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Chosen
31
10
bizim.media

10Sources