Azərbaycan Voleybol Federasiyası Milli Mətbuat Günü münasibətilə tədbir keçirib. "Rekord.az" xəbər verir ki, tədbirdə AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezident Faiq Qarayev, baş katib Faiq Orucov, idarə heyətinin üzvləri, müxtəlif media qurumlarının nümayəndələri və federasiyanın əməkdaşları iştirak ediblər.

Ş.Bağırov və F.Qarayev çıxış edərək media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik ediblər. 

Tədbirdə media qurumlarına federasiyanın Təşəkkürnaməsi və hədiyyələr təqdim olunub. "Rekord.az" saytına da AVF-nin Təşəkkürnaməsi verilib.