AZ

SOCAR Karbamid zavoduna mediatur təşkil olunub

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün SOCAR-ın təşəbbüsü ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə "SOCAR Karbamid" zavoduna mediatur təşkil olunub.

Oxu.Az xəbər verir ki, otuza yaxın media qurumundan nümayəndələrin iştirak etdiyi turda ilk öncə SOCAR-ın Media, ictimaiyyətlə əlaqələr və kommunikasiya Departamentinin rəisi İlahə Novruzova mediatur iştirakçılarını salamlayaraq, Milli Mətbuat Günü münasibətilə təbrik edib.

Departament rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı milli mətbuatın yaranmasının 150 illiyinin ölkəmizdə təntənəli şəkildə qeyd olunduğunu bildirib.

Bu xüsusda SOCAR-ın təşəbbüsü ilə "SOCAR Karbamid" zavoduna mediaturun və bayram tədbirinin təşkil olunduğunu qeyd edib.

Mediatur iştirakçıları təhlükəsizlik qaydaları ilə tanış olduqdan sonra "SOCAR Karbamid" zavodunun "ağıllı kimya" və "açıq anbar" sahələrində olub, burada rəqəmsal texnologiyalardan istifadə olunmaqla həyata keçirilən istehsalat prosesi barədə məlumat əldə ediblər.

Zavodun baş texnoloqu Şöhrət Mirzəyev, baş metroloqun müavini İlkin Hacıyev tərəfindən media nümayəndələrinə zavodun ümumi fəaliyyəti, rəqəmsal transformasiya layihəsi, istehsalat proseslərinin avtomatlaşdırılması üzrə görülən işlərə dair məlumat verilib, müvafiq təqdimat edilib.

Daha sonra media nümayəndələri muğam triosunun ifasında konsert proqramını izləyiblər.

Sonda media nümayəndələrinə xatirə hədiyyələri təqdim olunub, birgə xatirə fotosu çəkdirilib.

Məhərrəm Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
42
oxu.az

10Mənbələr