Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyaya qarşı sanksiyalar sahəsində işin aktivləşdirilməsinin vacibliyini vurğulayıb. Bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.
Nəşrin bildirdiyinə görə, Kiyev Moskvanın təcridi üçün yeni məhdudlaşdırıcı tədbirlərin hazırlanması və tərəfdaş ölkələrlə sanksiyaların uyğunlaşdırılması istiqamətində işi intensivləşdirməyi planlaşdırır.
“Biz bu müharibədə Rusiyaya qarşı sanksiyaların tətbiqi işini gücləndirmək üçün tədbirlər görməyə hazırlaşırıq. Söhbət həm özümüz, həm də tərəfdaşlarımız üçün yeni sanksiyalardan, eləcə də onların sinxronizasiyasından gedir”, – deyə Zelenski bildirib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Rusiyanın maliyyə sxemlərinə qarşı yeni sanksiya paketini imzaladığını açıqlamışdı.
//Samir Qurbanov, Editor.az