EN

Zaqatalada açıq ərazidə yanğın olub

Zaqatala şəhəri ərazisində yanğın olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, axşam saatlarında Zaqatala şəhəri Əhməd Mahmudov küçəsində kol-kos, xırda ağaclıq olan ərazidə yanğın baş verib.

Yanğın genişlənərək yaxınlıqdakı evlərə və obyektlərə keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində 300 kv/m sahədə kol-kos, xırda ağaclar və məişət tullantıları yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb olunub.
Chosen
15
50
sia.az

10Sources