EN

ABŞ Aİ-ni Rusiyaya qarşı tariflərə qoşulmağa çağırıb

ABŞ Maliyyə Naziri Skott Bessent Avropa ölkələrini ABŞ-nin Rusiyaya qarşı tarif siyasətinə qoşulmağa çağırıb.

Operativ Media xəbər verir ki, S.Bessentə görə, ABŞ-Çin danışıqlarının növbəti mərhələsində Pekinin Rusiya və İran neftindən imtinası məsələsi də müzakirə oluna bilər.

“Təəssüf ki, çinlilər sanksiyalar altında olan İran və Rusiya neftinin çox böyük alıcılarıdır, ona görə də biz bunu müzakirə etməyə başlaya bilərik”, o deyib.

İyulun 14-də ABŞ Prezidenti Tramp 50 gün ərzində Ukraynada münaqişənin həllində irəliləyiş əldə olunmasa, Rusiya neftini alan ölkələrə 100%-ə qədər ikinci dərəcəli tariflərin tətbiq ediləcəyini açıqlayıb .

Chosen
28
50
operativmedia.az

10Sources