EN

Türkiyə və İran Qəzza və Suriya ilə bağlı vəziyyəti müzakirə ediblər

Türkiyə və İran arasında diplomatik əlaqələr çərçivəsində növbəti yüksək səviyyəli telefon danışığı baş tutub.

Türkiyənin xarici işlər naziri Hakan Fidan və İranın xarici siyasət idarəsinin rəhbəri Abbas Əraqçı arasında keçirilən telefon danışığında bir sıra regional məsələlər müzakirə olunub.

Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən yayılan açıqlamaya görə, əsas diqqət Qəzzadakı humanitar durum və Suriyada baş verən son hadisələrə yönəlib.

Tərəflər, eyni zamanda, bu həftənin cümə günü İstanbulda keçiriləcək nüvə müzakirələri ilə bağlı da görüşlərin əsas mövzularını əhatə edən fikir mübadiləsi aparıblar.

Chosen
40
50
far.az

10Sources