“İranda uranın zənginləşdirilməsi prosesi müvəqqəti dayandırılıb”.
Redaktor.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Fox News”a müsahibəsində bildirib.
Nazir deyib ki, İran bu addımı ABŞ-nin hava hücumlarından sonra atmaq məcburiyyətində qalıb:
“Hazırda zənginləşdirmə dayandırılıb, çünki dağıntılar çox ciddi və ağırdır. Amma prosesi tamamilə dayandıra bilmərik. Bu, alimlərimizin uğurudur və bundan sonra milli qürur məsələsinə çevrilib”.