ABŞ-nin hava zərbələrindən sonra İranda uranın zənginləşdirilməsi prosesi müvəqqəti dayandırılıb.
Xezerxeber.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi "Fox News" telekanalına verdiyi müsahibədə bildirib.
“Hazırda zənginləşdirmə dayandırılıb,çünki dağıntılar çox ciddi və ağırdır.
Lakin aydındır ki, biz bu prosesi tamamilə dayandıra bilmərik. Bu, bizim alimlərimizin nailiyyətidir və bundan sonra artıq milli qürur məsələsinə çevrilib”, – deyə nazir vurğulayıb.