Futbol üzrə İspaniya milli komandasının keçmiş qapıçısı Pau Lopes bundan sonra “Betis”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Təcrübəli qolkiper Meksikanın “Toluka” klubundan azad agent kimi ayrılaraq vətəninə qayıdıb. O, “Betis”lə müddəti 2028-ci ilin 30 iyununadək nəzərdə tutulmuş 3 illik müqaviləyə imza atıb.
Pau Lopes “Jirona”nın yetirməsidir. Böyük futbolda debütü “Espanyol”ın heyətində baş tutmuş Pau, karyerası ərzində “Tottenhem”, “Betis”, “Roma”, “Jirona” və Marsel “Olimpik”ində çıxış edib.
Lopes bu ilin əvvəlindən formasını geyindiyi “Toluka”da 11 oyuna çıxıb, 16 qol buraxıb, 4 matçda qapısını toxunulmaz saxlayıb.
Pau Lopes 2018-ci ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 2 “quru” oyun keçirib.
Lopes böyük futbolda heç bir qənimət qazanmayıb.
“Transfermarkt” internet-portalı 30 yaşlı ispan qapıçının transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.