Naxçıvan, 22 iyul, AZƏRTAC
Naxçıvanda “ƏDV geri al” layihəsi çərçivəsində indiyədək istehlakçılara 3 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu ilin yanvar-iyun aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 20,5 faiz artaraq 808,4 min manat olub.
Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2025-ci ilin yanvar-iyun aylarında Naxçıvanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 228,9 milyon manata yaxın olub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 19,6 faiz çoxdur.