Naxçıvan, 12 avqust, AZƏRTAC
Naxçıvanda indiyədək “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 3,3 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu ilin yanvar – iyul aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 23 faiz artaraq 984,8 min manat olub.
Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2025-ci ilin yanvar – iyul aylarında Naxçıvanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 274 milyon manatdan artıq olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz çoxdur.