EN

Rusiyada hərbi xidmətə çağırış ilboyu davam edə bilər – “Qaçmağa şans olmayacaq”

Rusiyada hərbi çağırışın ilboyu aparılmasını nəzərdə tutan yeni qanun layihəsi bu gün Dövlət Dumasına təqdim edilib.

KONKRET.az xəbər verir ki, sənədə əsasən, çağırış müddəti 1 yanvardan 31 dekabra qədər davam edəcək. Bununla belə, vətəndaşların xidmətə çağırılması əvvəlki kimi ildə iki dəfə – 1 aprel – 15 iyul və 1 oktyabr – 31 dekabr tarixləri arasında həyata keçiriləcək.

Dəyişikliyi şərh edən deputat Aleksey Juravlyov bildirib:

“Bu təşəbbüs çağırışdan yayınanların da sayını azalda bilər. İndiyədək yayda və qışda rahatlanıb yuvalarından çıxırdılar. Amma belə bir fasilə olmayacaqsa, qaçmaq da çətinləşəcək, yəni artıq ‘qaçmağa şansları olmayacaq’”.

Natiq Səlim,
KONKRET.az

Chosen
23
konkret.az

1Sources