Rusiyada hərbi çağırışın ilboyu aparılmasını nəzərdə tutan yeni qanun layihəsi bu gün Dövlət Dumasına təqdim edilib.
KONKRET.az xəbər verir ki, sənədə əsasən, çağırış müddəti 1 yanvardan 31 dekabra qədər davam edəcək. Bununla belə, vətəndaşların xidmətə çağırılması əvvəlki kimi ildə iki dəfə – 1 aprel – 15 iyul və 1 oktyabr – 31 dekabr tarixləri arasında həyata keçiriləcək.
Dəyişikliyi şərh edən deputat Aleksey Juravlyov bildirib:
“Bu təşəbbüs çağırışdan yayınanların da sayını azalda bilər. İndiyədək yayda və qışda rahatlanıb yuvalarından çıxırdılar. Amma belə bir fasilə olmayacaqsa, qaçmaq da çətinləşəcək, yəni artıq ‘qaçmağa şansları olmayacaq’”.
Natiq Səlim,
KONKRET.az