EN

“ABŞ dünyada ən böyük raket arsenalına sahib olacaq” - Tramp

ABŞ tezliklə dünyada ən böyük raket arsenalına sahib olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp Ağ Evdə Filippin Prezidenti Ferdinand Markos Jr. ilə görüşdə deyib.
 

"Bizim sursata ehtiyacımız var. Bir neçə aydan sonra bizdə indiyə qədər hər hansı bir ölkənin malik olduğundan daha çox sursat olacaq. Bizdə dünyanın istənilən vaxt malik olduğundan daha çox raket olacaq", - Tramp deyib.


Onun sözlərinə görə, ABŞ ordunun ehtiyac duyduğu bütün növ raketlərə eyni anda sahib olacaq.

Bizim.Media

Chosen
83
50
bizim.media

10Sources