EN

Ağdam və Ağdərədə yanğın başlayıb - Helikopterlər cəlb olunub

Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin qüvvələri cəlb olunub.

"Unikal" xəbər verir ki, bu haqda FHN-in Mətbuat Xidmətinin məlumatında deyilir.

Yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Chosen
35
1
unikal.az

10Sources