AZ

Laçındakı yanğınla bağlı 3 nəfər cinayət məsuliyyətinə cəlb edildi

İyulun 16-da Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş meşə yanğını ilə bağlı aparılmış araşdırmalar nəticəsində yanğın hadisəsinin ehtiyatsız davranış nəticəsində törədildiyi müəyyən olunub.

XəzərNews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında qeyd olunub.

Bildirilib ki, Laçın rayon Sus kənd sakini olan 3 nəfərin dağlıq ərazinin meşə massivində yandırdıqları ocaq çətin relyefli 14 hektar sahəyə yayılıb.

Faktla bağlı başlanmış cinayət işi üzrə yanğın hadisəsini törətməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən ərazidə yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlərin icrası davam edir.

Xəbər 3 dəfə oxunub.
Seçilən
12
50
xezernews.az

10Mənbələr