EN

Gəncədə boşanmaq istəyən şəxsi qohumu BIÇAQLADI

Gəncə şəhərində baş verən bıçaqlanmanın bəzi təfərrüatı məlum olub.

Bizim.Media xəbər verir ki, hadisə ötən gün axşam saatlarında şəhərdə yerləşən parkların birinin yaxınlığında baş verib.

Hadisənin baş verməsinə səbəb kimi Dilsuz Vüqar oğlu Qazıyevin həyat yoldaşından boşanmaq istəyinin olması bildirilir.

Qeyd olunub ki, Fərid Azər oğlu Qurbanov Dilsuzun qohumlarından biridir. Bu zəmində aralarında mübahisə yaranıb və bıçaqlanma hadisəsi baş verib.

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)

Bizim.Media

Chosen
87
2
bizim.media

3Sources