EN

Birinci yarımildə Almaniya ilə ticarət dövriyyəsi artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Almaniya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 9,1 faiz artaraq 767,2 milyon dolları üstələyib.

Operativ Media xəbər verir ki, bu barədə "Vergilər" qəzeti məlumat yayıb. 

İxrac – idxal:

Azərbaycandan Almaniyaya ixrac: 320,2 milyon dollar (+0,4 faiz)

Almaniyadan Azərbaycana idxal: 446,9 milyon dollar (+16,4 faiz)

Cari ilin ilk altı ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Almaniya ilə ticarətin payı 3,14 faiz təşkil edib.

Chosen
50
2
operativmedia.az

10Sources