BAKI, 21 iyul. TELEQRAF
2023-cü ilin oktyabrında silahlı münaqişənin kəskinləşməsindən sonra Qəzza zolağında azı 59 min fələstinli öldürülüb.
Teleqraf xəbər verir ki, bu məlumatı Qəzza zolağının Səhiyyə Nazirliyi öz “Telegram” kanalında paylaşıb.
“2023-cü ilin oktyabrından sonra Qəzzada aparılan hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 59029 nəfərə çatıb, daha 142135 nəfər xəsarət alıb", - nazirliyin dərc etdiyi sənəddə deyilir.
Nazirlik son iki gün ərzində anklavın xəstəxanalarına 134 cəsədin gətirildiyini, 1155 fələstinlinin yaralandığını açıqlayıb.