EN

Banklar "Az-QR" standartına keçəcək - Taleh Kazımov

Oktyabr ayının sonunadək ölkədəki bütün banklar "Az-QR" standartına keçəcək.

News24.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov  mətbuat konfransında bildirib.

O qeyd edib ki, ödəniş nöqtələrində istehlakçılara "QR"la ödənişlər təklif ediləcək: "Bu, mikro və kiçik sahibkarlar üçün böyük üstünlükdür. Həm onların, həm də bankların xərcləri azalacaq. Kiçik sahibkarlar və təsərrüfatlar üçün 500-600 dollar verib pos-terminal almaq onların xərclərini xeyli artırır".


Chosen
138
11
news24.az

10Sources