Azərbaycanda avronun məzənnəsi iki manata yaxınlaşır. Bu gün Mərkəzi Bankın açıqladığı məzənnədə 1 avro 1,9949 manat olaraq göstərilib.
Modern.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, Azərbaycanda avronun məzənnəsi ayrıca müəyyən olunmur. Manat əsasən dollar indekslidir, yəni məzənnə ABŞ dollarına bağlı şəkildə tənzimlənir.
O bildirib ki, dolların digər valyutalara, o cümlədən avroya qarşı məzənnəsi dəyişdikdə, bu dəyişiklik dolayı yolla manata da təsir edir.
“BelÉ™ ki, son dövrlÉ™rdÉ™ avro dollar qarşısında bahalaÅŸdığı üçün paralel olaraq manat qarşısında da dÉ™yÉ™r qazanır. Lakin avronun mÉ™zÉ™nnÉ™si bizdÉ™ birbaÅŸa müəyyÉ™n edilmÉ™diyi üçün onun tÉ™siri mÉ™hduddur”.
İqtisadçının sözlərinə görə, avro bahalaşsa da, 2025-ci il ərzində dolların məzənnəsində ciddi dəyişiklik olacağı gözlənilmir.
Aytac Bəhruzqızı